15 Oktyabr 2014 22:13
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi, onlara metodiki köməkliyin, məsləhət və innovasiya xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, növbəti maarifləndirmə tədbiri oktyabrın 15-də İSN-in Şəki-Zaqatala regional bölməsinin və Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə keçirilib.

Treninqdə “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təqdimatlar keçirilmiş, biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili və s. barədə məlumat gənclərin diqqətinə çatdırılıb.

Treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə geniş məlumat verilib, biznesin səmərəli təşkili və inkişafında əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.


Müəllif:

Oxşar xəbərlər