13 Oktyabr 2020 12:28
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın “Şahdəniz 2” yatağından təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) tikintisi 4,5 ildən sonra başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TAP məlumat yayıb.

Açıqlamaya görə, Türkiyə-Yunanıstan sərhədindən, hətta İtaliyanın cənubundakı qaz terminalına qədər TAP yaxın zamanlarda ticarət fəaliyyətlərinə başlayacaq.

Azərbaycanın “Şahdəniz 2” yatağından çıxarılan qazı Avropaya daşımaq üçün TAP Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) bağlanmaşdı.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edən TAP Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən İtaliyaya ildə 10 milyard kubmetr qaz nəql edəcək.

TAP-ın 20 faizinə BP, SOCAR və Snam nəzarət edir, layihədə “Fluxys” 19 faiz, “Enagas” 16 faiz və “Axpo” 5 faiz paya sahibdir.


Müəllif: Yeganə Oqtayqızı