21 Oktyabr 2020 13:34
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən düşmən silah və texnikasının ümumi dəyəri 2.4 milyard dollardan çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

İqtisadçı vuğulayıb ki, Ali Baş Komandan oktyabrın 20-də xalqa müraciəti zamanı şanlı ordumuz tərəfindən işğalçı ölkənin silahlı qüvvələrinə məxsus çox sayda silah və texnikanın məhv edildiyini bildirdi:

“Bizim ilkin qiymətləndirmələrimizə əsasən, bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı, işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Şanlı ordumuz savaşın ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurub.

Əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun Ümumi Daxili Məhsulun (ÜDM) 80 faizinə yaxınlaşmasına səbəb olacaq. “Fitch” beynəlxalq agentliyi tərəfindən kredit reytinqi aşağı salınan işğalçı ölkəni post-savaş dövründə daha çətin günlər gözləyir”.


Müəllif: Yeganə Oqtayqızı