28 Oktyabr 2020 12:23
2 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam əleyhinə fəaliyyəti ilə seçilən Fransanın beynəlxalq ticarətində müsəlman ölkələri əhəmiyyətli rol oynayır.

Teleqraf.com xəbər verir ki, Fransanın müsəlman coğrafiyasında xarici ticarət həcminin 100 milyard dolları ötməsi diqqət çəkir.

Təxminən 67 milyon əhalisi olan Fransa 2019-cu ildə cəmi 638 milyard dollar idxal, 555 milyard dollar da ixrac edib.

İxracatda maşın və aviasiya

Fransanın ümumi ixracatının 12 faizini sənaye məhsulları, 9,6 faizini aviasiya, 9,5 faizini nəqliyyat vasitələri, 7,8 faizini müxtəlif avadanlıqlar, 6,4 faizini əczaçılıq, 3,8 faizi plastik məhsullar, 3,6 faizini ətir və kosmetika, eləcə də 3,5 faizini müxtəlif içkilər təşkil edir.

Ölkənin idxal etdiyi lider məhsullar siyahısı isə 13,1 faizlə makinalar və kompüterlər, 11,5 faiz nəqliyyat vasitələri, 10,3 faiz müxtəlif yanacaqlar, 8,9 faiz avadanlıqlar və 3,9 faiz dərmanlardan ibarətdir.

İslam ölkələrilə ticarət

Fransa 2019-cu ildə İslam ölkələrinə təqribən 45,8 milyard dollar ixrac, bu ölkələrdən də 58 milyard dollarlıq idxal əməliyyatı reallaşdırıb.

Bu dövrdə İslam ölkələri Fransadan daha çox maşın, qaz turbinləri, aviasiya məhsulları, qazanxanalar, motorlu nəqliyyat vasitələri hissələri, avtomobillər, traktorlar, dəmir və polad məhsulları, elektrik və elektron avadanlıqlar və dərmanlar alıblar.

Fransa da İslam ölkələrindən xam neft, təbii qaz, mineral yağlar, motorlu nəqliyyat vasitələri, avtomobil hissələri, peyk qəbulediciləri, elektrikli qızdırıcılar, kabellər, geyim, meyvə, tərəvəz və qoz-fındıq kimi məhsulları idxal edib.

Bu dövrdə müsəlman ölkələri arasında Fransanın ən çox ixracat etdiyi ölkə 6.66 milyard dollarla Türkiyə olub.

Fransa Əlcəzairlə 5.5 milyard dollar, Fasla 5.34 milyard dollar, Qətərlə 4.3 milyard dollar, Tunislə 3.74 milyard dollar, Birləşmiş Ərəb Əmirliklərilə 3.67 milyard dollar, Səudiyyə Ərəbistanı ilə 3.34 milyard dollar, Misirlə 2.58 milyard dollar, İndoneziyayla 1.75 milyard dollar, Malayziyayla 1.68 milyard dollar, Seneqalla 1.2 milyard dollar, Nigeriyayla 657 milyon dollar, Livanla 627 milyon dollar, Küveytlə 589 milyon dollar, Omanla 474 milyon dollar, Qazaxıstanla 474 milyon dollar, Bəhreynlə 471 milyon dollar, İraqla 464 milyon dollar, Pakistanla 443 milyon dollar, İranla 420 milyon dollar, Banqladeşlə 295 milyon dollar, Maliylə 374 milyon dollar, İordaniyayla 237 milyon dollar, Liviyayla 210 milyon dollar, Azərbaycanla 160 milyon dollar, Özbəkistanla 150 milyon dollar, Türkmənistanla 112 milyon dollar, Bosniya və Herseqovinayla 98 milyon dollar, Çadla 97 milyon dollar, Suriyayla 52 milyon dollar, Sudanla 86 milyon dollar, Qırğızıstanla 32 milyon dollar və Əfqanıstanla 26 milyon dollarlıq ixrac əməliyyatı reallaşdırıb.

İdxal

Fransa Türkiyədən 9.8 milyard dollarlıq müxtəlif növ məhsullar və avadanlıqlar alıb. Həmçinin Fransa xam neft və mineral yağlara görə Səudiyyə Ərəbistanına 7,5 milyard dollar ödəyib.

Bundan əlavə, Fransa Fasdan 6.3 milyard dollar, Tunisdən 5 milyard dollar, Əlcəzairdən 4.7 milyard dollar, Nigeriyadan 4.4 milyard dollar, Qazaxıstandan 3.55 milyard dollar, Banqladeşdən 3.33 milyard dollar, Malayziyadan 2,67 milyard dollar, İndoneziyadan 2,1 milyard dollar, Birləşmiş Ərəb Əmirliklərindən 1,72 milyard dollar, Liviyadan 1,6 milyard dollar, Pakistandan 1 milyard dollar, İraqdan 1 milyard dollar, Misirdən 815 milyon dollar, Qətərdən 760 milyon dollar, Azərbaycandan 713 milyon dollar, Bəhreyndən 285 milyon dollar, Küveytdən 240 milyon dollar, Bosniya və Hersoqovinadan 174 milyon dollar, Omandan 117 milyon dollar, Livandan 69 milyon dollar, Sudandan 53 milyon dollar, İrandan 52 milyon dollar və İordaniyadan 29 milyon dollarlıq məhsul idxal edib.

Qeyd edək ki, Fransada Prezident Emmanuel Makron Administrasiyası son vaxtlar müsəlmanların və islami təşkilatların hədəf alınması ilə ölkənin müxtəlif şəhərlərində islam əleyhinə təbliğatlara başlayıb. “Charlie Hebdo” jurnalının Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları artıq Fransadakı hökumət ofislərində nümayiş olunur.

Makron açıqlamasında Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamağı dayandırmayacaqlarını bildirmişdi. Ölkənin daxili işlər naziri bir məscidin və Fransız İslamofobiyasına Qarşı Kollektiv (CCIF) daxil olmaqla bir çox dərnək və qeyri-hökumət təşkilatlarının bağlanacağını açıqlayıb.

Fransanın İslam əleyhinə münasibəti səbəbindən İslam ölkələrində fransız məhsullarını boykot etməyə çağırışlar edilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər