2020-ci ildə Fransa iqtisadiyyatında 11 faiz nisbətində azalma gözlənilir.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın İqtisadiyyat və maliyyə naziri Brüno Lö Merin açıqlayıb.
Nazir bildirib ki, Fransa iqtisadiyyatı üçün əvvəlki azalma proqnozu 10 faiz idi: "İqtisadi böyümə rəqəmlərinə 2021-ci ildən etibarən çata biləcəyik. Bu göstəricilər yaxşı olacaq".
Brüno Lö Merin əvvəlki çıxışında koronavirusa görə tətbiq olunan məhdudiyyətlər çərçivəsində dövlətin şirkətlərə verəcəyi maddi dəstəyin hər ay 15 milyard avro olacağını açıqlamışdı. Müddətin dekabrın 1-də bitməsinə baxmayaraq, lazım gələrsə, təcrid tətbiqinin vaxtı uzadılacaq.
Yeni təcrid tədbirlərinin tətbiqi bir çox kiçik müəssisələrin təkrar bağlanmasına səbəb olduğu üçün iqtisadi azalmanın artacağı gözlənilir.