Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) oktyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-dən Teleqraf.com-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, cari ilin sentyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 606,4 milyon ABŞ dolları məbləğində vəsait satmışdı.
Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabrda Fond tərəfindən satılan valyutanın həcmi 46,1 milyon ABŞ dollar dəyərində azalıb.