Avropa İttifaqına (Aİ) üzv ölkələr çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan yeni qurum yaradacaq.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Maliyyə naziri Olaf Şols Aİ üzv dövlətlərinin maliyyə nazirləri ilə keçirilən iclasda deyib.
Nazir İqtisadiyyat və Maliyyə Məsələləri Şurasının (ECOFIN) iclasında maliyyə cinayətlərinə də diqqət çəkib:
“Çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsi daha uyğunlaşdırılmış qaydalarla və yeni nəzarət mexanizmləri ilə gücləndiriləcək. Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi əleyhinə atılacaq addımlar barədə razılığa gəldik. Bu istiqamətdə yeni bir Aİ qurumunun yaradılması dəstəklənir”.
Qeyd edək ki, Aİ-nin komissiyası may ayında maliyyə cinayətlərinə qarşı mübarizə üçün geniş fəaliyyət planı hazırlamışdı.