Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) rəhbəri Murat Uysal vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.
Mərkəzi Bankın sədri vəzifəsinə yeni təyinat da olub. Rəcəb Tayyib Ərdoğanın digər Fərmanı ilə keçmiş maliyyə naziri, Prezidentin strateji və büdcə rəhbəri Naci Ağbal Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib.
Prezidentin strateji və büdcə rəhbərliyinə isə İbrahim Şenel gətirilib.
Qeyd edək ki, son zamanlar dollar və avro qarşısında Türkiyə lirəsinin dəyər itirməsi narahatlıqla qarşılanır.