17 Oktyabr 2014 23:27
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün – oktyabrın 17-də Rusiya jurnalistlərinə verdiyi açıqlamada bir sıra maraqlı fikirlər səsləndirib. O, bildirib ki, Belarusda istehsal olunan məhsullar keyfiyyətinə görə, Rusiya mallarından əhəmiyyətli dərəcədə üstündür.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, hər iki ölkədə istehsal olunan oxşar məhsulların müqayisəsini aparan Belarus prezidenti vurğulayıb ki, Rusiyanın müvafiq ət məmulatından fərqli olaraq, Belarus kolbasasının tərkibində tualet kağızı yoxdur və heç vaxt da olmayıb: “Rusiyada belə faktlar var idi və yenə də var. Burada istehsal olunan kolbasa məmulatının ən yaxşı halda, yalnız 60 faizi ətdir lakin qalanı soyadır”.

Lukaşenko onu da qeyd edib ki, Rusiyada qida sənayesinin keyfiyyəti Belarusla müqayisədə çox aşağıdır: “Bu, onunla əlaqədardır ki, Rusiya Sovet İttifaqı dağıldıqdan sonra qida sənayesində texniki şərtlərə keçib, qidalanma məhsullarının keyfiyyətinə tələbləri aşağı salıb. Belarus isə mövcud dövlət standartlarını qoruyub saxlayıb və möhkəmləndirib”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər