11 Noyabr 2020 16:31
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Xəzinə və maliyyə naziri Bərat Albayrağın vəzifəsindən getməsinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Berat Albayrakın səhhətindəki problemlər səbəbindən istefa etmək istədiyini bildirib.

Prezident ölkəsinə mühüm xidmətlər göstərdiyinə görə Bərat Albayrağa təşəkkür edib: “Bu müddətdə dünyada baş verən iqtisadi çətinliklər dövründə 2 seysmik tədqiqatı və 3 qazma gəmisini fürsətə çevirməsi maliyyə idarəetməsi baxımından da mühüm bir uğur oldu. Səhhəti ilə əlaqədar vəzifəsindən azad olmasını istədi və biz də bu xahişi qəbul edib yerinə Lütfi Əlvanı təyin etdik. Yeni Xəzinə və maliyyə nazirimizə uğurlar arzulayıram. Rəbbim utandırmasın”.

Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatını yaşatmağı və hədəflərinə çatmağı bacardıqlarını da qeyd edib: “Tez qərar qəbul etmək buna təsirini göstərir. Bu sistem sayəsində ölkəmiz koalisiya illərinin xaotik mühitinə qayıtmaqdan xilas oldu”.

Qeyd edək ki, Bərat Albayraq Ərdoğanın kürəkənidir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər