Londonda 10 həftədən sonra neft qiymətləri 45 dollar səviyyəsindən yuxarı qalxıb.
Teleqraf.com xəbər verir ki, Amerika Neft İnstitutunun (API) məlumata görə, keçən həftə xam neft ehtiyatlarında 5,15 milyon barel azalma olub, benzin və dizel ehtiyatları da azalıb.
Mütəxəssislərin gözləntiləri xam neft ehtiyatlarında 1,9 milyon barel azalmanın olacağı yönündə idi.
Co Baydenin Prezidentliyi və peyvənd xəbərləri ilə birlikdə son iki gündə neft qiymətləri 11 faizdən çox artıb.
ABŞ-ın investisiya bankı “BMO Capital Markets”ə görə, bazarlar Liviyadan gələn hasilat artıqlığında boğulur. Buna görə də neftin 50 dollar səviyyəsini görməsi tezdir.
Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,7% artaraq 42,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 3,2 % artaraq 1 barelə görə 45,09 dollara çatıb.