12 Noyabr 2020 09:32
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-oktyabr dövründə Rusiyadan kapital axını 2019-cu ilin eyni dövrünə nisbətən 68,2 artaraq 44,4 milyard dollara çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir.

Hesabatata görə, artım 18 milyon dollar və ya 68,2 faiz təşkil edib.

Bankın verdiyi açıqlamada ölkədən kapital axınının əsasən bank sektorundan qaynaqlandığı bildirilir. Bu dövrdə bankların xaricdəki öhdəliklərini yerinə yetirdiyi qeyd edilir.

Rusiyadan kapital axını 2019-cu ildə əvvəlki ilə nisbətən 57 faiz azalaraq 26,7 milyard dollar olmuşdu.


Müəllif: Yeganə Oqtayqızı