“COVID-19-a yoluxmada artım iqtisadi bərpa üçün risk yaradır, qarşıdakı bir neçə ay çətin ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel Avropa Mərkəzi Bankının (ECB) forumunda çıxışı zamanı deyib.
Pauel COVID-19 peyvəndinin tədqiqatlarına ehtiyatla yanaşıb. O, peyvənddə irəliləyişin nəticələrini qiymətləndirməyin hələ tez olduğunu bildirib:
“COVID-19 epidemiyasındakı artım son iqtisadi canlanmanı zəiflədə bilər. İqtisadiyyatın möhkəm bir canlanmaya doğru getdiyini görürük, amma burada əsas risk xəstəliyin ABŞ-da daha da yayılmasıdır".
Pauel qeyri-müəyyənliyin davam etdiyinə və maliyyə siyasətinin zəruriliyinə diqqət çəkib: “Düşünürəm ki, daha çox iş görməliyik. Konqresin maliyyə siyasəti məsələsində daha çox şey etməsi lazım ola bilər”.