16 Noyabr 2020 15:47
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni Prezidenti Co Bayden Federal Ehtiyat Sisteminin (FED) sabiq sədri Canet Yelleni Xəzinə naziri vəzifəsinə təyin etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumətə yaxın mənbə bildirib.

Məlumata görə, Cannet Yellen namizədliyi səbəbiylə bəzi tok-şou proqramlarında çıxışdan imtina edib.

Qeyd olunur ki, Co Baydenin rəhbərliyində bu missiya üçün başqa namizədlərin də adları çəkilir. Namizədlər siyahısında FED üzvü Lael Brainard və FED-in keçmiş vitse-prezidenti Roger Fergusonun da adları var.

Co Bayden əvvəlki çıxışlarında Xəzinə Nazirliyinə qaradərili və ya qadın rəhbər təyin edəcəyinə dair gözləntiləri dəstəkləyən fərqli bir kabinet quracağına söz vermişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər