2020-ci ilin 10 ayında azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyənin Statistika Komitəsi yayıb.
Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan xaricilər arasında 10-cu yerdədir.
Bildirilir ki, dördüncü rübün ilk ayında əcnəbilərə mənzil satışları əvvəlki ilin eyni ayına görə 23,1 faiz artaraq 5 258 ədədə yüksəlib. Xaricilər ən çox mənzili İstanbul, Antalya, Ankara, Yalova və Bursadan alıblar.
Oktyabr ayında ən çox ev İraq vətəndaşlarına satılıb. Belə ki, iraqlılar Türkiyədən 900 mənzil alıb. İranlılar 849, ruslar 400, əfqanlar 225, qazaxlar 213 mənzil sahibi olublar.
2020-ci ilin oktyabr ayında azərbaycanlılar Türkiyədə 137 mənzil alıblar. 2019-cu ilin oktyabr ayında azərbaycanlılar Türkiyədə 125 mənzil almışdılar.
Cari ilin 10 ayında iraqlılar 5 749 evlə liderliyini qoruyub. Sözügedən dövrdə iranlılar 5 565, ruslar 2 295, əfqanlılar 1 502 evə sahib olublar.
Sözügedən dövründə azərbaycanlılar Türkiyədə 1020 mənzil alıblar. 2019-cu ilin eyni dövründə bu say 954 idi.