17 Noyabr 2020 16:20
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəlbəcərdə törətdiyi barbarlıq və vandalizm səbəbindən bu rayonumuza dəyən ziyana görə Ermənistandan beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ermənilər 27 il işğal altında olan rayonlarda qeyri-qanuni məskunlaşıb: “İşğalçı ölkə ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını belə özləri ilə aparır. Bu, onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının göstəricisidr.

Ermənistana doğrayıb daşıdıqları meşələrdə əksəriyyəti 100 illik qədim ağaclardır. Bu, Ermənistanın 27 il işğal altında saxladığı bütün digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də necə ekoloji soyqırım etdiyini göstərir. Yandırılan evlərin çoxu işğaldan əvvəl bizim inşa etdiyimiz tikililərdir. Bütün bunlara rəğmən Azərbaycan tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər