18 Oktyabr 2014 21:35
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar - sentyabr aylarında Azərbaycanda toplanan sığorta haqlarının 24,5 faizi və ya 76,85 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Teleqraf.com-a verilən məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 25,55 milyon manat olub.

Həyat sığortası üzrə yığımların 51,5 faizi və ya 39,6 milyon manatı həyatın yaşam sığortasının, 31,8 faizi və ya 24,4 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,3 faizi və ya 12,5 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb.

Doqquz ayda həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 23,55 milyon manat təşkil edib.


Müəllif:

Oxşar xəbərlər