ABŞ Maliyyə Nazirliyi ABŞ Federal Ehtiyat Sistemindən (FED) koronavirus epidemiyasının iqtisadi təsirlərinə qarşı tətbiq olunan kredit proqramları çərçivəsində istifadə olunmamış 455 milyard dollar vəsaitin qaytarılmasını istəyib.
Teleqraf.com xəbər verir ki, bu, Maliyə naziri Stiven Mnuçinin FED sədri Cerom Pauelə göndərdiyi məktubda öz əksini tapıb.
Stiven Mnuçin FED-in təcili kredit proqramlarından 4-ü üçün müddətin 90 gün uzadılmasını tələb edib. 5 proqramın isə əvvəllər təyin olunduğu kimi dekabrın 31-də bitməsini istəyib. Nazir məktubda "FED-dən istifadə olunmayan vəsaitin xəzinəyə qaytarmasını tələb edirəm" ifadəsini də işlədib.