23 Noyabr 2020 10:12
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təhlükəsiz liman" tələbi pandemiyada zirvəyə çatdıqca, digər qiymətli metalların qiymətləri də qızılla birlikdə artır.

Teleqraf.com xəbər verir ki, hazırda birjalarda unsiyası 24 dollar civarında olan gümüşün qram qiyməti 0.7854 dollar artıb.

Mart ayında təxminən 11-12 dollar olan gümüşün unsiyası avqust ayında 29 dollar olmuşdu.

Mütəxəssislər hesab edirlər ki, texnologiyada, sənayedə, günəş panellərindən zərgərliyə, elektrikli avtomobillərdən istilik ötürmə sistemlərinə qədər geniş bir sahəyə tətbiq olunan gümüşün parlaq gələcəyi var. Təmiz enerjiyə yatırımların artıracaqlarını açıqlayan Avropa ölkələri rəhbərləri və ABŞ-ın yeni prezidenti Co Baydenin açıqlamaları gümüşün qızıl dövrünün davam edəcəyini göstərir.


Müəllif: Yeganə Oqtayqızı