“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanla əməkdaşlığı dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu addım qarşı tərəfin istəyi ilə atılıb.
Beləliklə "Fitch" Ermənistanın paytaxtı İrəvana "B+" səviyyəsində verdiyi, uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini (IDR) geri çağırıb.
Agentlik bundan sonra kifayət qədər məlumat əldə edə bilmədiyinə görə İrəvan üçün qiymətləndirmə apara bilməyəcək.
"Fitch"in açıqlamasında reytinqlər qənaətbəxş olmayan və səhv məlumatların verilməsi səbəbindən geri çağrıldığı deyilir.