Qlobal aviaşirkətlərin dövriyyəsi 2019-cu illə müqayisədə 60 faizdən çox azalaraq 2020-ci ildə 328 milyard dollara düşəcək.
Teleqraf.com xəbər verir ki, bu, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) dünya hava nəqliyyatı sənayesinin iqtisadi göstəriciləri və maliyyə perspektivlərinə dair hesabatında açıqlanıb.
Bu rəqəm sektorun indiyə qədərki ən aşağı nöqtəsi olaraq göstərilir.
IATA aviaşirkətlərin 2020 və 2021-ci illərdə maliyyətinin 157,2 milyard dollar olacağını və sektorun 2021-ci ilin dördüncü rübündə mənfəət götürməsini gözlədiyini açıqlayıb.
IATA iyun ayında hazırladığı hesabatında iki illik zərəri 100 milyard dollar olaraq proqnozlaşdırmışdı.
Hesabata görə, keçən il 4,5 milyard olan sərnişin sayı bu il 1,8 milyard sərnişinə qədər azalacaq, gələn il isə qismən bərpa olunaraq 2,8 milyard sərnişinə çatacaq.
IATA -nın hesabatına görə, epidemiya səbəbindən hava yolu şirkətlərinin sərnişin gəlirlərinin 2020-ci ildə keçən ilə nisbətən 69 faiz azalaraq 191 milyard dollara düşəcək.
Agentlik qlobal karqo gəlirlərinin bu il 11,6 faiz azalaraq 54,2 milyon tona çatacağını təxmin edir. Cari ildə hava yolu şirkətləri sərnişin sayının az olması səbəbiylə yükdaşımaların qiymətlərini artırıb. Buna rəğmən aviaşirkətlərin karqo gəlirlərinin bu il 15 faiz artaraq 117,7 milyard dollara çatacağını proqnozlaşdırılır.