26 Noyabr 2020 00:54
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

IBM Qlobal Market korporasiyası xərcləri azaltmaq və asta inkişaf dən xidmət bölmələrində partnyorlara dividend paylamaq üçün Avropa bölgəsində 10 min iş yerini ixtisar etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, beləliklə, şirkət Avropadakı fəaliyyətində işçilərinin beşdə birini evə yola salacaq.

Məlumata görə, geniş itkilər bölgədəki işçi qüvvəsinin 20 faizinə təsir edəcək. Polşa, Slovakiya, İtaliya və Belçikada kütləvi ixtisarlar aparılacağı halda, İngiltərə və Almaniya ən az ziyan görən ölkələr olacağı gözlənilir.

Həmkarlar ittifaqı rəsmilərinə görə, IBM Avropadakı ixtisarları noyabr ayının əvvəlində bölgədəki işçilərin nümayəndələri ilə görüşündə elan edib.

IBM-in ən çox zərər görən sektor isə müştərilərin məlumat mərkəzlərinin idarə olunması və ənənəvi texnoloji dəstək kimi gündəlik infrastruktur əməliyyatlarını həyata keçirən informasiya texnologiyaları xidməti olacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər