20 Oktyabr 2014 07:19
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atəşgah” sığorta şirkəti və onlayn xidmətlər portalı “Hesab.az” istifadəçiləri üçün növbəti sərfəli təklif hazırlayıb.
Sığorta şirkətindən Teleqraf.com-a bildiriblər ki, Hesab.az portalında qeydiyyatdan keçmiş hər bir müştəri “Atəşgah”dan müəyyən sığorta məhsulu əldə edərkən məbləğin dəyərinin bir hissəsini qazandığı bonuslar hesabına ödəyə bilər.

Bundan əlavə, portal vasitəsilə icbari və “icbari+” sığortasını birgə sifariş edən hər bir müştəri Hesab.az - dan 20 min bonus hədiyyə qazanacaq.

Hesab.az portalı vasitəsilə müştərilər “Atəşgah”dan icbari avtomobil, “icbari+” və səyahət sığortası əldə edəcəklər. Sığorta şəhadətnaməsi “Atəşgah” şirkəti tərəfindən 24 saat ərzində Bakı və Sumqayıt şəhərləri daxilində pulsuz olaraq istənilən ünvana çatdırılacaq. Ətraflı məlumatı (012) 940 əlaqə nömrəsindən zəng etməklə əldə etmək olar.


Müəllif:

Oxşar xəbərlər