30 Noyabr 2020 12:22
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarlarında misin qiyməti gözlənilmədən artıb. Metalın qiyməti üç aylıq dövrdə 1.5 faiz bahalaşıb.

Teleqraf.com xəbər verir ki, həftənin əvvəlində London metal birjalarında misin tonu 7 min 608 dollara satılıb.

Ümumilikdə mis aylıq 13,3 faiz artımla 2016-cı ilin noyabr ayından bəri ən yuxarı qazanc əldə edib.

Şanxay fyuçers birjasında yanvar ayında mis müqaviləsi 2.8 faiz artaraq tonu 57.180 yuana çatıb və bu, 2017-ci ilin dekabrından bəri ən yüksək səviyyə hesab olunur.

Digər birjalarda qurğuşun 3,8 faiz artaraq 15,885 yuan/ton, sink 2,8 faiz artaraq 21,515 yuan/ton, alüminium isə 2,1 faiz artaraq 16,350 yuan/ton olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər