Rusiyanın təbii qaz şirkəti “Qazprom” cari ilin yanvar-sentyabr aylarında 218 milyard rubl itki verib.
Teleqraf.com xəbər verir ki, keçən ilin 9 ayında 1,1 trilyon rubl xalis mənfəət əldə edən şirkət bu ilin eyni dövründə 218 milyard rubl (təxminən 2,8 milyard dollar) itirib.
Sözügedən dövrdə şirkət gəlirləri 25 faiz azalaraq 4.3 trilyon rubla, şirkətin ümumi borcu isə 41 faiz artaraq 4.4 trilyon rubla çatıb.
Şirkət gəlirlərinin düşməsinə Avropaya ixrac olunan təbii qazın qiymətlərində təxminən 40 faiz, Avropaya qaz ixracatında isə 10 faiz azalma təsir edib.