1 Dekabr 2020 22:19
262

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) qaz avtomat yanğınsöndürənlərinə (FM200) texniki xidmət göstərilməsi üzrə tender elan edib.

Teleqrad.com-un məlumatına görə, tender bir lot üzrə keçiriləcək.

Tenderdə iştirakın məbləği 50 manat təşkil edir. İştirak etmək arzusunda olanlar dekabrın 21-dək zəruri sənədləri təqdim etməli, təklifəri isə dekabrın 29-dək irəli sürməlidir.

Tender paketlərinin açılması dekabrın 30-da baş tutacaq.

Əlavə məlumatı (+994 12) 4987753 telefon nömrəsindən öyrənmək olar.

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 165.


Müəllif: Teleqraf.com