CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 48,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.
Teleqraf.com-un məlumatına görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 47,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 46,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 47,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.