3 Dekabr 2020 13:46
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı kriptovalyutası bitkoinin dəyəri 19 min 845.30 ABŞ dollarını ötüb.

Teleqraf.com xəbər verir ki, rəqəmsal kriptovalyuta həftənin ortalarında təxminən 5.0 faiz artımla bu səviyyəyə yüksəlib.

Ümumilikdə son 24 saatda bitkoin 3,02 faiz artıb. Beləliklə virtual pul vahidinin həftəlik qazancı 5.84 faiz artıb, ümumi bazar həcmi isə 354.33 milyard dollara yüksəlib.

Bütün kriptovalyuta bazarlarında son 24 saatda ən yüksək həcmli 100 vahiddən yalnız 10 vahidinin dəyəri düşsə də, ilk 10 vahid arasında enmə olmayıb.

Kriptovalyuta bazarlarındakı ümumi həcm də son 24 saatda təxminən 24 milyard dollar artaraq 568,29 milyard dollara yüksəlib. Virtual valyuta bazarlarında 24 saatlıq ticarət həcmi isə təxminən 72 milyard dollarlıq sərt düşüb və əvvəlki 24 saatda çatdığı 230 milyard dollardan 158 milyard dollara qədər enib.

Cəmi 7 min 847 kriptovalyutanın alınıb-satıldığı 33 min 854 bazarda ümumi bazar həcminin 62.3 faizini bitkoin təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı