Hər il yanvar ayında İsveçrədə keçirilən Dünya İqtisadi Forumu (Davos Zirvəsi) yeni növ koronavirus (COVID-19) səbəbiylə təxirə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumu (WEF) açıqlama yayıb.
Məlumata görə, "WEF 2021 İllik Xüsusi Toplantısı" 13-16 may tarixlərində Sinqapurda keçiriləcək.
2022-ci ildə illik toplantının yenidən İsveçrənin Davos şəhərində keçiriləcəyi bildirilib.
Açıqlamada Sinqapurdakı zirvə görüşü ilə əlaqədar təfərrüatların daha sonra paylaşılacağı ifadə edilib: "Budəfəki üz-üzə görüşdə liderləri bir araya gətirərək dünyanın ən aktual problemlərinin həll yollarının formalaşdırılması müzakirə ediləcək”.
Sinqapurda keçiriləcək Dünya İqtisadi Forumu biznes, hökumət və vətəndaş cəmiyyəti liderləri üçün qlobal pandemiya başlayandan bəri ilk dəfə üz-üzə görüş üçün bir fürsət hesab olunur.
Hər il təxminən 120 ölkədən 3 min iş adamı, siyasətçi, alim və qeyri-hökumət təşkilatının nümayəndəsi Davos Sammitinə qatılır.