CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-da 49,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.
Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 48,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 48,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.