Video əlavə olunub.
***
09:40
Azərbaycanın təbii qazı Qarabağdan keçərək Türkiyəyə nəql ediləcək.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, yeni boru kəməri işğaldan azad edilmiş ərazilərdən Naxçıvana, oradan Türkiyənin İğdır vilayətinə çəkiləcək.
Boru kəməri Naxçıvanı və İğdırı mavi yanacaqla tam təmin edəcək.
Azərbaycanın SOCAR və Türkiyənin BOTAŞ şirkətlərinin reallaşdırıcağı layihə ilə bağlı anlaşma bu gün iki ölkənin enerji nazirləri arasında imzalanacaq.