“Coca-Cola” COVID-19 epidemiyası səbəbindən Amerikada 1200, dünyada isə ümumilikdə 2 200 nəfəri işdən azad edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, şirkət açıqlamasında planlaşdırılan ixtisarların şirkətin daha sürətli hərəkət etməsi üçün "katalizator" rolu oynadığını bildirilib.
Məlumata görə, ümumi işçi qüvvəsinin 2,5 faizini təşkil edən ixtisarlar könüllü və məcburi işdən çıxan işçilər təşkil edir.
Şirkət səlahiyyətliləri işçi qüvvəsinin yenilənməsinin 350-550 milyon dollaradək xərclə nəticələnəcəyini, illik qənaətin də buna bənzər miqdarda olacağını deyir.
Bu ixtisarların təxminən 500-nün “Coca-Cola”nın Atlantadakı mənzil qərargahında aparılacağı məlumdur. 2020-ci ilin əvvəlində “Coca-Cola”nın ABŞ-da 10 min 400, dünya üzrə təxminən 86 min 200 əməkdaşı vardı.
İşdən çıxarılma barədə son qərar şirkətin avqust ayında Şimali Amerikadakı işçi qüvvəsinin 40 faizinə yaxın hissəsinə erkən məzuniyyət paketləri təklif etməsindən sonra verildi. Şirkət təqdim olunan paketlərdən sonra məcburi ixtisarların olacağını açıqlamışdı.