24 Dekabr 2020 14:24
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Azərbaycan manatının devalvasiyaya uğraması ilə bağlı yayılan şayiələrin heç bir əsası olmadığını deyib. 2015-ci ildəki çıxışından fərqli olaraq bu gün Mərkəzi Bank rəhbərinin haqlı olduğunu düşünürəm”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

O bildirib ki, hazırda işgüzar fəallığın və valyuta tələbinin səviyyəsinə, potensial olaraq xarici valyutaya çevrilə biləcək likvid manat yığımlarının miqyasına, kapital qaçışı üçün imkanlara, tədiyə balansının hazıkı göstəricilərinə baxdıqda vəziyyəti daha yaxşı analiz etmək mümükündür:

“Amma kimsə 3 və ya 6 aydan sonra stiuasiyanın necə ola biləcəyini də proqnozlaşdıra bilməz. Qlobal iqtisadiyyatda, eləcə də geopolitik səhnədə son dərəcə qeyri-müəyyən şərait hökm sürür. Pandemiyanın davam etmə müddəti bu qeyri-müəyyənliyi artıran əsas səbəblərdən biridir”.


Müəllif: Yeganə Oqtayqızı