İqtisadi dairələri yaxından izləyən “Forbes” jurnalı 2020-ci ildə vəfat edən milyarderlərin siyahısını dərc edib.
Teleqraf.com xəbər verir ki, jurnal il ərzində 16 milyarderin öldüyünü açıqlayıb.
“Forbes” milyarderlərin çoxunun ölüm səbəbinin dünyaya təsir edən koronavirus (COVID-19) epidemiyası ilə əlaqəli olduğuna diqqət çəkib.
Siyahıda 2020-ci ilin avqustunda vəfat edən media şefi Samner Redstoun 2.6 milyard dollarlıq sərvətilə birinci yerdədir. 97 yaşında vəfat edən Redstouna məxsus media şirkətləri arasında “CBC” televiziyası və “MTV” musiqi kanalı yer alır.
Siyahıda ikinci yerdə Cənubi Koreyalı iş adamı Li Kun Hi durur. Oktyabr ayında 78 yaşında vəfat edən Kun Hinin 17.3 milyard dollarlıq sərvəti olub. O, 1987-ci ildən bəri ailəsinə məxsus “Samsung”u idarə edirdi.
Dekabr ayında 82 yaşında vəfat edən suriyalı milyarder Cozef Safranın 23,2 milyard dollarlıq sərvəti olub. Bank sektorunda fəaliyyət göstərən Safra Braziliyanın 8-ci, İsveçrədə isə “J. Safra Sarasin”in ən böyük bankına sahib idi. Mart ayında 90 yaşında vəfat edən Safranın sərvəti 5,1 milyard dollar olub.