Türkiyədə 2021-ci il üçün minimum əməkhaqqı 2 825 türk lirəsi (378 ABŞ dolları) olaraq müəyyənləşdirilib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selçuk bildirib ki, minimum əməkhaqqı əvvəlki ilə görə 21 faiz və ya 500 lirə artırılıb.
Nazir qeyd edib ki, 1 yanvar 2021-ci ildən qüvvədə olacaq qərardan 7 milyon insan faydalanacaq.