29 Dekabr 2020 17:27
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İngiltərə arasında Sərbəst Ticarət Sazişi imzalanıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ticarət naziri Ruhsar Pekcan videokonfransla mərasimə qatılıb.

O bildirib ki, Türkiyə-İngiltərə münasibətləri baxımından tarixi və əhəmiyyətli bir gün yaşanır:

“Sərbəst Ticarət Sazişi gələcəkdə Türkiyə ilə İngiltərə arasındakı ticarətimizin inkişafının ən böyük zəmanəti olacaq. Sərmayə bazarları, Böyük Britaniya və aramızdakı ticarət əlaqələri ilə bağlı bir qeyri-müəyyənlik olmayacaq. İnanıram ki, əlaqələrimiz daha da inkişaf edəcək”.

Nazir bildirib ki, Böyük Britaniya ilə ticarət razılaşması Gömrük İttifaqının 25 ildə qazandığı qazancları qoruyaraq münasibətləri dərinləşdirəcək: “Bunun üçün ilk addımı atırıq. Sərbəst Ticarət Sazişinə bütün sənaye və kənd təsərrüfatı məhsulları daxildir. Tərəflər olaraq ödənişsiz bir ticarət sazişi hədəfləmişdik, bu, gerçək oldu.

Bu gün iş adamlarımızın ümidlərini doğrultmaqdan və onlara verdiyimiz vədi yerinə yetirməkdən məmnunuq. İş adamlarımız hər baxımdan bizim üçün kritik bir bazar olan İngiltərə ilə ticarətlərini davam etdirə bilərlər”.

Ruhsar Pekcan qeyd edib ki, Sərbəst Ticarət Razılaşması 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək: “Razılaşma olmasaydı, İngiltərəyə ixracatımızın təxminən 75 faizi vergi yükünə məruz qalacaq və 2.4 milyard dollaradək zərərimiz olacaqdı. Bu risk artıq aradan qalxdı.

Razılaşma hökumətlərimiz arasında mövcud ticarət və iqtisadi əlaqələrimizin çərçivəsini qorumaq və inkişaf etdirmək üçün ortaq anlaşma və iradənin nəticəsidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər