30 Dekabr 2020 11:58
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Növbəti ilin dövlət büdcəsində uşaq pullarının ödənilməsi üçün vəsait nəzərdə tutulmadı. Sadəcə gələn ildən şəhidlərin uşaqları üçün müavinət xərclərində 19 faiz, müddətli hərbi xidmətdə olanların uşaqları üçün müavinət xərclərində 18 faiz artım proqnozlaşdırıldı”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

O, məlumat üçün bildirib ki, şəhid ailələrində böyüyən 16 yaşınadək uşaqlara 21 manat, müddətli xidmətdə olan hərbi qulluqçuların ailəsində böyüyən 16 yaşınadək uşaqlara isə 15 manat aylıq ödəniş edilirdi: “Nəzərdə tutulan artım bu məbləğləri dəyişməyəcək, şəhidlərin və müddətli hərbi qulluqda olanların sayının artımı ilə bağlı yaranmış xərcləri maliyyələşdirmək üçündür. Yeri gəlmişkən, gələn ilin büdcəsində dövlət qulluqçularının, təhsil və səhiyyə işçilərinin də maaşlarının artımı üçün vəsait nəzərdə tutulmayıb. Lakin növbəti ildə pensiyalar artırıla bilər.

Yenidən uşaq pulu məsələsinə qaydıram. Uşaqlarımız hələ də yarımçıq və keyfiyyətsiz təhsil alır, onlar icbari tibbi sığortaya malik deyillər, normal qidalana və sosial-iqtisadi tərəqqinin nailiyyətlərindən faydalanmırlar. Uşaqların böyük əksəriyyəti yeni nəsil telefon və kompüter avadanlılqarını əldə edə bilmirlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər