Dünyanın aparıcı kriptovalyutası bitkoinin dəyəri 28 min 5.53 ABŞ dollarını ötüb.
Teleqraf.com xəbər verir ki, rəqəmsal kriptovalyuta keçən həftə 28 min 365 dollar səviyyəsindən kəskin düşərək 25.974 dollar olmuşdu.
Bitkoinin həftəlik ümumi bazar həcmi isə 525.57 dollarlıq yeni bir rekord səviyyəyə çatıb və 735 milyard dollarlıq ümumi həcmdəki payı 71,3 faiz olub.
Son 24 saat ərzində bitkoinin dəyəri 6.33 faiz artımla 28,005.53 dolara yüksəlib, həftəlik qazancı isə 18,36 faiz olaraq hesablanıb. Bitkoinin ümumi bazar həcmi də son sutkada təxminən 17 milyard dollar artaraq 518,7 milyard dollara çatıb.
Kriptovalyuta bazarlarının ümumi həcm 739 milyard dollara yüksəlib və bazarlarda sutkalıq ticarət həcmi təxminən 198 milyard dollara çatıb.
Ümumilikdə 8 136 kriptovalyutanın alınıb-satıldığı 34 min 285 bazarda ümumi bazar həcminin 70.1 faizini bitkoin təşkil edir.