Nyu-York Fond Birjası Çin şirkətlərinin siyahıdan çıxarılması prosesinə başladığını elan edib.
Teleqraf.com xəbər verir ki, prosesin Çin ordusu ilə əlaqəli olduğu bildirilir.
ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi sanksiyalar çərçivəsində üç şirkət fond bazarından çıxarılacaq.
Birjanın məlumatına görə, “China Mobile Ltd.”, “China Telecom Corp Ltd.” və “Çin Unicom Hong Kong Ltd.” şirkətlərinin səhmlərindəki əməliyyatlar yanvarın 7-si və 11-dən etibarən dayandırılacaq.
Üç şirkət Honkonq birjasında alınıb satılsa da, bütün gəlirlərini Çindəki əməliyyatlardan əldə edirmiş.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 18-də Çin şirkətlərini audit standartlarına uyğun gəlmədiyi təqdirdə ölkənin fond bazarlarından çıxaracaq qanun layihəsi imzaladı. Qanun xarici şirkətlərin ABŞ-ın Dövlət Mühasibat Nəzarəti İdarəsinin ardıcıl 3 il ərzində apardığı yoxlamalara əməl etmədikləri təqdirdə Amerika birjalarında ticarət etməsinə mane olur.