PKK/YPK terror təşkilatı işğal altında saxladığı Suriyanın şimalı ilə İraq arasındakı böyük ərazidə buğda əkini ilə məşğul olur. PKK ötən gün hər biri 40 ton buğda yüklü onlarla yük maşınlarını İraqa keçirib.
Teleqraf.com xəbər verir ki, avtomobillər Hasekenin şərqindəki “Semalka” sərhəd keçid məntəqəsindən İraqa daxil olub. İraq Kürd Muxtariyyəti ərazisinə daşınan buğdaların bir qisminin satıldığı, bir qisminin isə terrorçuların ehtiyacı üçün anbarlara doldurulduğu məlum olub.
Əlavə olunur ki, Suriyadakı qaçqın düşərgələrində insanlar aclıqdan ölərkən PKK yaz mövsümündə silah gücü ilə insanlardan topladığı ucuz qiymətə buğdanı satışa çıxarıb. Bölgədəki fəallar PKK-nın ötən ay da bənzər addımlar atdığını açıqlayıb.
Bundan başqa, iddialara görə, PKK/YPK ABŞ-ın nəzarəti altında olan bölgələrdən çıxarılan nefti də tankerlərlə İraqa daşıyır. Bu məhsul Şimali İraq Kürd Muxtariyyəti tərəfindən dünya azarına çıxarıldığı qeyd edilir.