Ukraynanın ərzaq buğdası ixracatı qiyməti son altı ildə ən yüksək səviyyəyə çatıb.
Teleqraf.com xəbər verir ki, idaxlçılardan gələn yüksək tələblə Qara dəniz limanlarında taxılın 1 tonunun gəmiyə təslim qiyməti 268 dollara yüksəlib.
Ukrayna buğdasının tonu sonuncu dəfə 2016-cı ilin yanvarında 265 dollara alınıb.
Dünyanın ən böyük buğda istehsalçılarından və ixracatçılarından biri olan Ukrayna 2020-21-ci il iyul-iyun mövsümündə 17,5 milyon ton ixrac etməyi planlaşdırır.
Qeyd edək ki, Ukrayna dekabrın 30-da 12,48 milyon ton buğda ixrac edib. Ukraynanın taxıl ixracatı ötən ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrünə görə 14,7 faiz azalaraq 25,93 milyon tona çatmışdı.
İxracatın 9,3 milyon tonunu qarğıdalı, 12,5 milyon tonunu buğda və arpa təşkil etmişdi.