6 Yanvar 2021 13:12
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı kriptovalyutası bitkoinin dəyəri 35 min ABŞ dollarını ötüb.

Teleqraf.com xəbər verir ki, rəqəmsal kriptovalyuta günün ilk saatlarında 35 min 587.66 dollara çatıb və tarixi zirvəsini təzələyib.

Bitkoin son 24 saat ərzində 11.23 faiz artaraq 35.160.42 dollara yüksəlib, elektron valyutanın həftəlik qazancı isə 26.08 faiz olaraq hesablanıb. Bitkoinin ümumi bazar həcmi 585,08 milyard dollardan 653,7 milyard dollara yüksəlib.

Kriptovalyuta bazarlarının ümumi həcmi 947.07 milyard dollara yüksəlib və bazarlarda sutkalıq ticarət həcmi təxminən 44 milyard dollar azalaraq 136 milyard dollara çatıb.

Ümumilikdə 8 188 kriptovalyutanın alınıb-satıldığı 34 min 300 bazarda ümumi bazar həcminin 69.2 faizini bitkoin təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı