7 Yanvar 2021 11:28
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 6-da 54,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 54,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,95 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 54,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər