8 Yanvar 2021 11:43
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı kriptovalyutası bitkoinin dəyəri 40 min ABŞ dollarını ötüb.

Teleqraf.com xəbər verir ki, rəqəmsal kriptovalyuta bazarının ümumi dəyəri 1 trilyon dollar həddini keçib.

Məşhur kriptovalyuta olan bitkoin 2020-ci ildə qiymətini dörd dəfə artırıb.

Təcrübəli strateqlər bu yüksəlişin səbəblərini fərdi spekulyativ treyderlərin, tendensiyanı izləyən fondların, varlı və hətta institusional investorların tələbinin artmasında görür.

“CoinMarketCap”ın məlumatına görə, cümə axşamı günü 40 min dollar olan bitkoin kriptovalyuta bazarının təxminən üçdə ikisini təşkil edib.

Bazarda üstünlüyü 14 faiz civarında olan Eter kriptovalyutasının dəyəri bu il 62 faiz artıb.


Müəllif: Yeganə Oqtayqızı