8 Yanvar 2021 18:54
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin İnkişaf Bankının keçmiş direktoru Hu Hua Bang rüşvət ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pekin Xaql Məhkəməsi hökm çıxarıb.

Məhkəmənin qərarı ilə Hu Hua Bang 2009-2019-cu illərdə Çin Rabitə Bankı və Çin İnkişaf Bankının İdarə Heyətinə rəhbərlik etdiyi dövrdə 85,5 milyon yuan (13,2 milyon dollar) rüşvət aldığına görə ömürlük azadlıqdan məhrum edilib.

Məhkəmə hökmündə Hunun rüşvət aldığı şəxslərə iş və kredit verərək vəzifəsindən sui-istifadə etdiyi bildirilir. Qərarda müttəhimin günahını etiraf etdiyi və rüşvət aldığı pulları qaytardığı üçün cəzasının yüngülləşdirildiyi də qeyd edilib.

Hunun rəhbərlik etdiyi Çin İnkişaf Bankı 2013-cü ildə açıqlanan “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində nəqliyyat və infrastruktur layihələrinə kredit verən əsas qurumlardan biridir. Rüşvət iddiasının bu layihələrlə əlaqəli olub-olmadığı məlum deyil.

Qeyd edək ki, Çinin dövlət investisiya şirkəti “Huarong Asset Management”in keçmiş sədri Lai Şiaomin rüşvət ittihamı ilə dünən edam cəzasına məhkum edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər