8 Yanvar 2021 20:39
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı Səfirliyi Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin icrasının yekunlaşması ilə bağlı təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında bildirilib.

Qeyd edilib ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının birbaşa olaraq Avropaya çatdırılmasını təmin edir və eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına şərait yaradır.

"ABŞ hər zaman davamlı olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliynə töhfəsini dəstəkləyir"- deyə, məlumatda vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər