9 Yanvar 2021 18:28
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da aktiv neft qazma qurğularının sayı artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb.

Açıqlanan həftəlik məlumatlara görə, ABŞ-da qısamüddətli xam neft hasilatının göstəricisi hesab edilən qazma qurğularının sayı bu həftə 8 ədəd artaraq 275-ə çatıb.

Keçən ilin eyni dövründə ABŞ-da aktiv neft buruqlarının sayı 659 ədəd olub. Qazma qurğularının sayı əsasən “Permian” yatağında artıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər