13 Yanvar 2021 11:23
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın beynəlxalq ehtiyatlarındakı qızılın payı ilk dəfə dolları keçərək 22,9 faizə çatıb.

Teleqraf.com Rusiya Mərkəzi Bankına istinadla xəbər verir ki, ölkənin beynəlxalq ehtiyatlarındakı qızılın payı 2020-ci ilin mart ayına nisbətən 2020-ci ilin iyun ayında 20,8 faizdən 22,9 faizə yüksəlib.

Beləliklə, pul dəyərindəki qızıl ehtiyatları 128,5 milyard dollara qədər artıb, dolların payı göstərilən dövrdə 23,7 faizdən 22,7 faizə enərək 124,6 milyard dollara kimi azalıb.

Qeyd edək ki, Rusiya ABŞ-ın sanksiyaları səbəbindən 2018-ci ilin mart ayından etibarən ehtiyatlarında 45 faiz olan dollar payını azaldaraq qızıl, avro və yuanın payını artırmağa başlayıb.

Rusiyanın ehtiyatlarında ən böyük paya 29,5 faiz nisbətində avro sahib olduğu halda, yuanın payı 12,2 faiz səviyyəsindədir.

Rusiyanın beynəlxalq ehtiyatları 30 iyun 2020-ci il tarixinə 561,1 milyard dollar səviyyəsində idi.


Müəllif: Yeganə Oqtayqızı