2020-ci ildə azərbaycanlılar Türkiyədə 1 279 mənzil alıblar.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyənin Statistika Komitəsi yayıb.
Azərbaycanlılar Türkiyədə ən çox mənzil alan xaricilər arasında 5-ci yerdədir.
Bildirilir ki, Türkiyənin 2020-ci ildə xaricilərə ev satışları 10,3 faiz azalaraq 40 min 812-ə düşüb.
2020-ci ildə ümumilikdə 19 min 175 mənzil xaricilərə satılıb ki, bu da İstanbul, Antalya, Ankara və Bursanın payına düşüb.
2020-ci ildə Türkiyədən ən çox evi İran vətəndaşları alıb. Belə ki, iranlılar 7 min 189 mənzil alıb. İraqlılar 6 min 674, ruslar 3 min 78, əfqanlar 1 min 929, azərbaycanlılar isə 1min 279 mənzil sahibi olublar.
İllik əsasda əcnəbilərə ev satışları dekabr ayında 16,4 faiz azalaraq 4 min 427 ədədə düşüb.
Ötən ilin dekabr ayında iranlılar 764, iraqlılar 724, ruslar 349, əfqanlar 224 ədəd Türkiyədən mənzil alıblar.