“İnflyasiya ilə əlaqədar tarazlıq yaranmasa, faizləri artırmayacağıq. Faizləri artırmaq vaxtı gələndə bunu mütləq edəcəyik, amma bu, yaxın zamanda olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sistemi (FED) İdarə Heyətinin sədri Cerom Pauel deyib.
O, çevik və ortalama inflyasiya hədəfinin bankın hər hansı riyazi düsturdan asılı olmayacağı anlamına gəldiyini deyib: “Yeni inflyasiya hədəfinin etibar qazanması üçün inflyasiyanın bir müddət 2 faizdən yuxarı olması lazımdır”.